Bir saatlıq sosial mediadan, seriallardan, işlərdən, qohumlardan uzaqlaşıb Zeynəbin hekayəsini dinləyin. Dinləyin ki, Sevillər ölməsin və Zeynəblərin sayı daha çox olsun. Ailədaxili təzyiqlə qarşılaşan qızın dramı deyil bu buraxılış. Sənin, mənim kimi normal, bizdən birinin həyat hekayəsində bir fraqmentdir şiddət. Zeynəb içindəki bitməz-tükənməz sevgiylə qarşınıza çıxacaq. Bu podkastı paylaşaraq bu gün ailədaxili şiddətlə mübarizədə bir addım atan hər kəsə qucaq dolusu sevgi..