Ejen qrafinya de Restonun mavi buduarı ilə madam de Boseanın açıq-qırmızı salonu arasında olduğu müddətdə Paris hüquq elmini üçillik kursunu keçə bilmişdi. Bu kursdan bəhs edilməsi də, hər halda bu yüksək cəmiyyətdəki hüquq elminin məğzini təşkil edir, yaxşı mənimsənildikdə və məharətlə həyata tətbiq edildikdə isə bunun sayəsində hər şeyə müvəffəq olmaq mümkündü.