Bir sıra insanlar isə büzüşüb yatmaqla bədənlərini birbaşa ana bətnində olduğu duruma salırlar. Qıraqdan baxanda insan ömrü belə görünür: onun üçdən ikisi doğulmuş və yaşamaqdadır, üçdən biri isə hələ də doğulmamışdır və insan yuxuda öz ömrünün o doğulmamış kəsimini yaşayır.