Monoqrafiyada Azərbaycan Respublikasında iqtisadiyyatın diversifikasiyası və eləcə də iqtisadi şaxələnmə ilə bağlı islahatların həyata keçirilməsi üçün maliyyə təminatının gücləndirilməsi məsələlərinə yer ayrılmışdır. Tədqiqatda həm müasir nəzəriyyələr təhlil edilmiş, həm də təbii ehtiyatlar ilə zəngin olan ölkələrdə iqtisadi diversifikasiya ilə bağlı aparılan islahatlar ətraflı tədqiq edilmişdir. Tədqiqat həmçinin sektorlar üzrə ekonometrik qiymətləndirmə və onun nəticələrini əhatə edir. İqtisadi diversifikasiya prosesində həyata keçirilən fiskal, monetar və investisiya siyasətlərinin iqtisadi sektorlar üzrə təsiri ayrıca ölçülüb. Məqsəd ilk olaraq müqayisəli üstünlüyə malik olan sektorların üzə çıxarılması ilə yanaşı, gələcək reformların icrası zamanı sektorlar üzrə daha təkmil strategiyaların hazırlanmasını şərtləndirəcək nəticələrin əldə edilməsidir. Bundan başqa, iqtisadiyyatın diversifikasiyası və inkişaf meyillərinin qiymətləndirilməsi zamanı VAR modelinin ölkədə tətbiq edilən vergi güzəştlərinin proseslərə təsiri qiymətləndirilib. Ekonomik qiymətləndirmənin effektivliyinin təmin edilməsi məqsədi ilə iki əsas model — Vector Autoregression (VAR) və Simple Linear Regression (SLR) tətbiq edilib. VAR iqtisadi sektorlar üzrə diversifikasiya səviyyəsinin ölçüləməsi, SLR modeli isə diversifikasiya siyasətinin maliyyələşmə mənbələri və onun gələcək təsirlərini qiymətləndirmək üçün tətbiq edilib.