Nəhayət, bir şənbə axşamı o, Erikə bəzi şeylər alacağının bəhanəsi ilə evdən icazə alıb, şəhərin mərkəzinə, əslində isə, Kral Park gölünə üz tutdu. Orada yenə də kiçik qayıqlar, tanış cığırlar var idi – kolların və ağacların dibindəki xəlvət guşələrə aparan cığırlar! İda bunları necə də yaxşı tanıyırdı. Burada, bax burada İda təlatümlü, həm də utandığından yerə girə-girə buraxılmağını israr etmişdi ki, o, evə tək də gedə bilər. Hələ də İda həmin halları keçirirdi.
Dünya belə şeyləri anlamır. O qədər başqa-başqa işlərlə məşğuldur ki, dünya...