M.Y. Lermontov

ZƏMANƏMİZİN QƏHRƏMANI

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
Bu kitab bədbəxtlikdən hələ bu yaxınlarda, bəzi oxucuların, hətta jurnalların etimadını sözün tam mənasilə qazandı. Bəziləri Zəmanəmizin Qəhrəmanı kimi əxlaqsız bir adamın onlar üçün örnək şəklində göstərilməsindən doğrudan da çox incidilər; bəziləri isə çox incə şəkildə qeyd etdilər ki, yazıçı özünün və öz tanışlarının portretini çəkmişdir… Nə qədər köhnə və miskin bir zarafat! Nə edəsən, görünür Rusiya elə yaradılmışdır ki, belə mənasız şeylərdən başqa onda hər şey yeniləşir. Çətin işdir ki, bizim füsunkar nağılların ən füsunkarı insan şəxsiyyətini təhqir etmək kimi bir niyyətdə olmaq töhmətindən yaxasını qurtara bilsin!
This book is currently unavailable
187 printed pages
Have you already read it? How did you like it?
👍👎

Impressions

  • Misir Məmmədlishared an impression8 years ago

    Yalnız ağrılı iztirab çəkmiş qəlblərin duya biləcəyi bir roman.

  • Rusisho Murazakishared an impression6 years ago
    👍Worth reading
    🔮Hidden Depths
    🌴Beach Bag Book

    Yazıçının hansı mesajı verdiyini anlamasamda süjet xətti maraqlı olan bir kitabdır

  • Senan Qedirovshared an impression5 years ago
    👎Give This a Miss

    Bow vaxtin coxdursa oxu

Quotes

  • b4331856056has quoted4 years ago
    Bağışlayın. Bəsdir insanlara şirin şeylər yedirtdiniz, bu şirin onların mədəsini pozmuşdur: onlara acı dərmanlar, acı həqiqətlər lazımdır.
  • Misir Məmmədlihas quoted8 years ago
    Mən hər şeydən şübhələnməyi sevirəm: belə bir hal xarakterin qətiyyətinə mane olmur, əksinə, mən başıma nə gələcəyini bilmədiyim zaman daha cəsarətlə irəliləyirəm. Axı, başıma gələn hadisələrin ən qorxulusu ölüm deyilmi? Ölümdən də yaxa qurtarmaq olarmı?
  • Misir Məmmədlihas quoted8 years ago
    Tutqun-mavi göy qübbəsində ulduzlar sakit-sakit parıldaşırdı; bir zamanlar bir parça torpaq, yaxud uydurma haqq uğrunda bizim elədiyimiz mənasız mübahisələrdə ulduzların da iştirak etdiyini güman edən zəkalı adamlar olduğunu xatırladıqda, məni gülmək tutdu. Heyhat! O adamların rəyincə, onların vuruş və təntənələrini işıqlandırmaq üçün yandırılmış bu ulduzlar indi yenə də əvvəlki parıltı ilə yanmaqdadır. Halbuki bu adamların ümid və ehtirasları qayğısız bir səyyahın meşə kənarında yandırdığı ocaq kimi onların özləri ilə birlikdə çoxdan sönüb getmişdir! Lakin saysız-hesabsız cisimləri olan bütöv bir səmanın, dilsiz də olsa, onlara sədaqətlə baxdığına, bəslədikləri inam bu adamlara nə qədər iradə verirmiş! Onların labüd olan əcali xatırladıqda qəlblərimizi sıxan bu qeyri-ixtiyari qorxudan başqa heç bir etiqad və qüruru, heç bir zövq və qorxusu olmadan dünyanı sərgərdan dolaşan biz xələfələri isə nə bəşəriyyətin xeyir, nə də öz səadətimiz üçün böyük qurbanlar verməyə artıq qabiliyyətli deyilik, çünki bu səadətin qeyri-mümkün olduğunu bilirik və babalarımız bir aldanışdan başqa bir aldanışa keçdikləri kimi biz də soyuqqanlılıqla bir şübhədən digərinə keçirik; onlar kimi bizim də nə bir ümidimiz, nə də, hətta qüvvətli olsa da, insanlar, yaxud tale ilə hər cür mübarizədə insan ruhunu çulğalayan qeyri-müəyyən bir zövqümüz olmadığı üçün edirik

On the bookshelves

fb2epub
Drag & drop your files (not more than 5 at once)