az
Fyodor Dostoyevski

Yoxsul Insanlar

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
Fyodor Dostoyevskinin “Yoxsul insanlar” kitabında “Yoxsul insanlar” romanı, “Oxşar”, “Zəif ürək”, “Ev sahibəsi” povestləri, “Cənab Proxarçin” hekayəsi yer almışdır. «Yoxsul insanlar» romanı kiçik məmurun qəlb dünyası haqqında əsərdir. Əsərin əsas hadisəsi Makar Devuşkinlə Varvara Dobrosyolovanın məhəbbət tarixçəsindən ibarətdir. Söhbət eşq macərasından getmir, adi insani, humanitar məhəbbətdən və şəfqətdən gedir. Kimisə sevmək, kiminçünsə yaşamaq insanın əzəli istəyi kimi səciyyələndirilir. Makar Devuşkin artıq qocalmaqda olan, son dərəcə yoxsul və zavallı bir insandır. Varvara Dobrosyolova isə gənc və kimsəsiz bir qızdır. Devuşkinin bu qıza qarşı olan məhəbbətində atalıq qayğısı duyulur. Bu da daxildən gələn mənəvi ehtiyac kimi təzahür edir. Devuşkinin faciəsi, əslində, yoxsulluğun deyil, məhəbbətin faciəsidir, sevən ürəyin məğlubiyyətidir. “Oxşar” povestində iddialara və sosial ehtiraslara qapılmış kiçik insanın mənəvi iflası təsvir olunmuşdur. “Zəif ürək” povestində qəhrəman sosial mühitin nəticəsi kimi deyil, mənəvi-insani məzmunun daşıyıcısı kimi təsvir olunur. Vasyanın faciəsinin səbəbini onun zəifliyi ilə izah etmək düzgün olmazdı. O özünü öz səadətinə layiq bilmir. Vasya xoşbəxt ikən bütün insanları xoşbəxt görmək istəyir. “Ev sahibəsi” povestinin süjet xətti, xarakterləri və münaqişələri bir qədər mücərrəd şəkildə qurulmuşdur. Zəif ürəklər üçün azad seçim deyilən şey yoxdur, onları dəhşətə gətirən şey məhz azad seçim məsələsidir. “Cənab Proxarçin” hekayəsində Proxarçinin faciəsinin səbəbi onun yoxsulluğunda və cibinin boş olmasında deyil, daha çox onun məhəbbətsiz həyatında və qəlbinin boş olmasındadır.
This book is currently unavailable
611 printed pages
Copyright owner
Qanun Nəşriyyatı
Have you already read it? How did you like it?
👍👎

Impressions

  • Firuzshared an impression3 years ago
    👍Worth reading

  • Dj HBrisashared an impression4 years ago
    👍Worth reading

  • Rovshan Cavadovshared an impression5 years ago
    👍Worth reading

Quotes

  • Fuad Resulovhas quoted5 years ago
    Xatirələr onların şirin, ya da acı olmasından asılı olmayaraq, həmişə əzablı olur;
  • Apollo Phoebushas quoted4 years ago
    Çernışevski təsdiq etməyə çalışırdı ki, xalq inqilab və mübarizə yolunu seçməlidir, çünki onun nicatı bu yoldadır. Dostoyevski və Tolstoy isə xalqın qurtuluşunu dində və İsaya məhəbbətdə, pravoslav xristian dinində və mənəvi kamilləşmə yolunda görürdülər.
  • Fərid Həsənovhas quoted2 years ago
    Elm bəzi diribaş adamların əlində kapitaldır

On the bookshelves

fb2epub
Drag & drop your files (not more than 5 at once)