— Hər vaxtınız xeyir, əziz mister Ottobre. Mən həkim Fosterəm, sizin bu dunyada yaşamağınıza məsul olan olanlardan biri. Ümid eləyirəm ki, bundan ötrü məndən inciməyibsiniz? Əgər münasibdirsə, sizə nə olduğunu danışaram. Sizin bir neçə qabırğanız sınıb, ağ ciyərinizin pərdəsi cırılıb, ayağınız iki yerdən qırılıb, bədəninizin hər yerində müxtəlif ölçüdə dəliklər var, bədəninizdə ağır yaralar var, kəllə-beyin zədəsi alıbsınız. Həm də büsbütün qırmızı qançırlarla örtülübsünüz, buna görə çəkinmədən sizin rəngli olduğunuzu demək olar. Hələ bir ürəyinizdən bir millimetrlik məsafədə dayanan dəmir qəlpə də vardı, bizi xeyli tər tökməyə məcbur elədi, o, sizi bu dünyadan götürüb aparmağa macal tapmamış, biz onu çıxardıb atmağa macal tapdıq