Aqata Kristi

On zənci balası

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
Kiçik bir ada və bir-birini tanımayan on qonaq… Naməlum ev sahibi… Bəs görəsən, hər kəsi bura dəvət edən bu məşum cənab kimdir? Qonaqların bunu araşdırmağa isə vaxtı qalmır. Patefon valından növbəylə səslənən ittihamlar bütün qonaqlar sanki hakim qarşısında, müttəhim kürsüsündə hiss etməyə vadar edir. Əlqərəz, əsl faciələr də bundan sonra başlanır. Naməlum ev sahibi tərəfindən ittiham olunan qonaqlar qəribə ardıcıllıqla qətlə yetirilirlər. Adada isə onlardan başqa heç kim yoxdur…
This book is currently unavailable
194 printed pages
Copyright owner
Qanun Nəşriyyatı
Have you already read it? How did you like it?
👍👎

Impressions

  • Emil Azizovshared an impression7 years ago

    Bu gün böyük hәvәslә vә maraq içәrisindә oxuyub bitirdiyim Aqata Kristinin " On zənci balası " kitabı haqqında yazacam. Kitabın ilk nəşrində adı Ten little niggers olaraq qeyd edilmişdir.Yəni, on balaca zənci. Daha sonralar bu adın irqçiliyə yol açdığı düşünüldü və adı “And Then There Were None” (və sonra heçkim qalmadı) olaraq dəyişdirildi. Son illərdə isə bir çox ölkələrdə ilk adı ilə adlandırılır. "On zәnci balası" - dedektiv janrda yazılıb, daha әvvәl oxuyan insanlardan kitabın çox maraqlı olduğunu eşitmişdim. Roman “Qatil kimdir” sualının ən uğurlu şəkilə ifadə edildiyi əsərdir. Əsər bir-biriylə əlaqəsi sadəcə kiminsə ölümündə payı olmaqdan ibarət olan 10 nəfərin müxtəlif səbəblər və fərqli formada dəvətlər əsasında " Zəncilər adası "-na gəlməsi ilə başlayır. Adaya çatdığlarında heçkimin tanımadığı ev sahibinin ortalıqda olmadığı aydınlaşır. Romanda ən çox sevdiyim cəhətsə zənci fiqurlarıdı.Bu fiqurlar kitaba ayrı bir həyəcan qatır. Kitabın son səhifəsinə qədər nə baş verdiyini anlamaq mümkün deyil. Yemək stolunun üstündə olan 10 zənci fiqurdan birinin hər ölümlə birlikdə yoxa çıxması məhz bu şeirə əsasən həyata keçirilir:

    On zənci balası nahara getdi,
    Birisi boğuldu, aradan itdi.

    Doqquz zənci balası çox yedilər,
    Birisi yuxudan durmadı səhər.

    Səkkiz zənci balası Devona qaçdı,
    Biri qayıtmadı, qayadan uçdu.

    Yeddi zənci balası odun doğradı,
    Balta kəsdi birini, altısı qaldı.

    Altı zənci balası gəzməyə çıxdı,
    Birini arı sancıb tez göyə qalxdı.

    Beş zənci balası məhkəmə qurdu,
    Biri cəzalandı və qaldı dördü.

    Dörd zənci balası dənizdə çimdi,
    Biri tora düşdü, bilmədi kimdi.

    Üç zənci balası heyvanxanada,
    Birini ayı yedi, düşmədi yada.

    İki zənci balası gündə uzandı,
    Birini gün yandırdı, bircəsi qaldı.

    Son zənci balası yoruldu nəsə,
    Gedib özünü asdı, qalmadı kimsə...

  • Hümbətova ülkərshared an impression7 years ago
    👍Worth reading
    💀Spooky
    🚀Unputdownable

    Gözləmədiyim bir sonluq.. olduqca həyəcan vericidir.

  • mahmud46944shared an impression6 years ago
    👍Worth reading
    🚀Unputdownable

    Aqata Kristinin kitabları çox möhtəşəmdir.Bu kitab kimi.

Quotes

  • Gunel Najafovahas quoted9 years ago
    Cani cəzanın qaçılmaz ­olduğunu hiss eləsə də, içində bir ümid işığı parlayır ki, bəlkə birtəhər xilas oldum. Və müttəhimin içindəki bu işıqla oynamaq mənə xoş idi. Mən gah özümü avamlığa qoyub bu ümid işığını yandırırdım, gah da qəzəblənib bu işığı söndürürdüm.
  • M.Vəlizadəhas quoted6 years ago
    Biz çox vaxt yalanları həqiqət kimi qəbul eləməyə öyrəşmişik.
  • Elsen Zeynallihas quoted8 years ago
    dünyada qanunun əli çatmadığı çoxlu cinayətlər və cinayətkarlar var

On the bookshelves

fb2epub
Drag & drop your files (not more than 5 at once)