bookmate game
Riçard Karlson

Xırda şeyləri dərd etməyin

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
Həmişə qəzəbli olduğumuz anlarda “xırda şeylər”i beynimizdə canlandırıb, həqiqətən də “böyük məsələ” həddinə çatdırırıq. Guya haqlı çıxmağımız xoşbəxtliyimizdən daha əhəmiyyətlidir. Lakin heç də belə deyil. Əgər daha sakit həyat keçirmək istəyirsinizsə, haqlı sayılmağın özünüzü xoşbəxt etməkdən daha vacib olmadığını başa düşməlisiniz. Xoşbəxtliyə gedən yol, mühakimələri bir kənara atıb, sevgi əlini uzatmaqdan keçir. Qoyun başqaları haqlı çıxsın. Bu sizin haqsız olduğunuz mənasına gəlmir. Hər şey yoluna düşəcəkdir. Siz işin ucunu buraxmaqla rahatlıq və haqlı olmaq növbəsini başqalarına ötürməklə sevinc hissi yaşayacaqsınız. Əlinizi uzadıb haqlılığı başqalarına verdikdə onlar da sizə qarşı daha az mühafizəkar davranıb, mehriban olacaqlar. Çox vaxt onlar da sizə əl uzadacaqlar. Amma əgər bu ehtimal özünü təsdiqləməsə də, qətiyyən ürəyinizə salmayın. Daha çox sevgi dolu bir dünya yaratmaq üçün öhdənizə düşəni etməklə qazandığınız daxili sakitlik sizə bəs edər.
This book is currently unavailable
134 printed pages
Copyright owner
Qanun Nəşriyyatı
Have you already read it? How did you like it?
👍👎

Impressions

  • Fatimeshared an impression8 years ago

    Yaddan çıxarmayın ki, öləndə siyahınızda hələ də tamamlanmamış işlər olacaq

  • Elşad Əlizadəshared an impression8 years ago
    👍Worth reading
    🔮Hidden Depths
    💡Learnt A Lot
    🎯Worthwhile

    Çox faydalı kitabdır. Deyilənləri həyatımızda tətbiq etsək xoşbəxt olarıq.

  • mlkshared an impression8 years ago
    🔮Hidden Depths

    Fikrimcə gündəlik həyat tərzimizdə dərd etmədiyimiz amma bütün həyatımızda ən önəmli olan nüanslara toxunulub. Çox öyrədən kitablar silsiləsindəndir. Mən şəxsən , özüm üçün çox nəsnəni aydınlaşdırdım , özümə dərd etdiyim xırda məsələləri necə böyütdüyümü özüm üçün təsdiqlədim. Ümid edirəm oxuduqlarımı tətbiq edəcəyəm. Oxumaq istəyənlər varsa mütləq oxusun.

Quotes

  • Gul Kerimlihas quoted9 years ago
    “Bu dünyada çox böyük işlər görə bilmərik. Amma kiçik işləri böyük sevgi ilə edə bilərik”.
  • Elşad Əlizadəhas quoted8 years ago
    Həftədə Bir Dəfə Ürəyinizdən Gələn Bir Məktub Yazın

    Bu metod bir çox insanın həyatını dəyişdirməsində böyük rol oynamış, onların daha sakit və mehriban olmasına kömək etmişdir. Hər həftə bir neçə dəqiqənizi ayırıb ürəyinizin səsi ilə bir məktub yazmaq sizin üçün də çox faydalı ola bilər. Əlinizə qələm almaq və ya makinanın başına keçmək sürətinizi bir az azaldıb, həyatınızdakı gözəl insanları xatırlamağınıza imkan yaradır. Nəsə yazmaq üçün masanın başına keçmə hərəkəti həyatınızı minnətdarlıqla doldurmağa kömək edir.
  • Gul Kerimlihas quoted9 years ago
    Yeganə edəcəyiniz hərəkət baxışınızı “Niyə mənə bunu edirlər?” sualından “Mənə nə öyrətməyə çalışırlar?” nöqteyi-nəzərinə çevirməkdir.

On the bookshelves

fb2epub
Drag & drop your files (not more than 5 at once)