Seymur Baycanın “Mənasız hekayələr”i hamımızın dəfələrlə görüb, lakin fikir vermədiyi detallarla doludur. Bu detallar bir-birinin içindədir və bir-birindən asılıdır. “Mənasız hekayələr”də həyatın şablonları üzərində qurulmuş absurd situasiyalarda müəllifin oxucudan konkret nə istədiyi bilinmir. “Mənasız hekayələr”dəki qəhrəmanlar da özlərinin kim olduqlarını axıra qədər dərk etmirlər və əslində, həyatın şablonlardan ibarət olması ilə barışırlar.