bookmate game
az
Jo Nesbo

Qızılgərdən

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
  • Cavid İsmayılzadəhas quoted5 years ago
    görürsən, – Daniel dedi, – kapitalizm belədir. Kasıblar qul kimi işləyirlər, varlılar isə piylənirlər, fərqi yoxdur, iqtisadiyyat yüksəlişə gedir, yoxsa tənəzzülə
  • Cahid Cesurhas quoted3 years ago
    Helena sürücü ona qapını açıncaya qədər gözlədi və artıq maşına oturarkən dedi:

    – Herr Brokhard, siz bilirsinizmi, niyə at sizi az qala yıxmışdı?

    Qız ona baxdı – onun gözlərində yenə od yandı.

    – Çünki siz düz onun gözlərinə baxdınız, herr Brokhard. Atlar bunu bir çağırış, onlara və ilxıda onun dərəcəsinə hörmətsizlik kimi qəbul edirlər. Düz baxışdan qaçmaq imkanı olmadıqda at özünü tamam başqa cür aparır, üsyan edə bilər. Heyvana lazımi hörmət etmədən siz təlimdə yüksəkliyə qalxa bilməzsiniz, baxmayaraq ki, siz yüksək cinsə aidsiniz – bunu sizə hər təlimçi deyər. Bəzi cinslər özünə hörmət tələb edir. Argentinanın dağlarında vəhşi at var. Həmin at hiss edəndə ki, adam onu bağlamaq istəyir, özünü ən yaxınlıqdakı uçuruma atır. Əlvida, herr Brokhard.
  • Cahid Cesurhas quoted3 years ago
    “…Whatever, that don’t impress me much…”35
  • Ferid Qelenderlihas quoted5 years ago
    Mən hesab edirəm ki, o, burada ən çoxu bir sutka qala bilərdi.
  • b0497577606has quoted9 years ago
    38
    “CATC” Fitnes Mərkəzi, İla. 2 Mart 2000-ci il

    Harri pedalları çətinliklə fırladırdı və qan-tər içində idi. Zalda on səkkiz super müasir velotrenajor var idi, hamısında bəslənmiş, gözəl şəhər əhli oturub tavanda olan səsi çıxmayan ekranlara baxırdı. Harri gözlərini “Son qəhrəman”dakı Elizaya zilləmişdi. O dodaqları ilə deyirdi ki, Poppeni qova bilməz. Harri bunu bilirdi. O bu seriyanı artıq görmüşdü.
    “That don’t impress me much!”33 – kolonkalardan ­eşidildi.
    “Məni də”, – Harri düşündü, nə yüksək səsli musiqi, nə də öz ağır tənəffüsü onun xoşuna gəlmirdi. O, polislərin məşq zalına havayı gedə bilərdi, lakin Ellen onu “CATC” mərkəzinə yazılmağa razı saldı. Buna o, yenə razılaşa bilərdi, lakin qız onu aerobikaya yazdırmaq istədikdə o, “stop!” dedi. Pop musiqi sədaları altında bu musiqidən xoşlanan izdiham arasında hərəkət etmək və təlimatçının əsəbi gülümsəmə ilə “zəhmət çəkməsən, səfa sürməzsən” deyimini dinləmək Harriyə ­anlaşılmaz könüllü alçaldılmaq kimi görünürdü. “CATC” mərkəzinin əsas üstünlüyü o idi ki, burada həm məşq etmək, həm də “Son qəhrəman”a baxmaq olardı, bir də bütün boş vaxtını polislərin məşq zalında keçirən Tom Völerə rast gəlmirdi. Harri zala baxaraq gördü ki, bu gün burada yaşca ondan böyük kimsə yoxdu. İndi burada, əsasən, qızlar idi, pleyerə qulaq asır və arabir ona tərəf baxırdılar. Yox, onlar ona baxmırdılar, onunla yanaşı Norveçin başlıqlı boz sviterdə, alnında bir damcı tər də görünməyən ən məşhur komiki oturmuşdu. Harrinin önündə sürətölçənin ekranında xəbər işıqlandı:
    “Əla temp!”
    “Və çirkin geyim”, – Harri düşündü, özünün əzik, kirli idman şalvarına baxdı. Belindəki telefon şalvarı aşağı çəkdiyindən onu tez-tez yuxarı dartmalı olurdu. Altı sürtülmüş “Adidas” krosovkaları dəbə uyğun olmaq üçün köhnə, hippi kimi görünmək üçün isə təzə idilər. Nə zamansa üstündəki Coy Divisonla yetərli qədər müasir görünən futbolkası indi yalnız onun sahibinin musiqi aləmindən xəbəri olmadığını göstərirdi. Lakin öz uyğunsuzluğunun bütün tərəflərini dəhşətli bir ciyilti eşidiləndə hiss etdi, komik də daxil bütün on yeddi nəfərin gözü ona zilləndi. Harri belindən balaca qara cəhənnəm maşınını açdı.
    – Hole.
    “Okay, so you’re a rocket scientist, that don’t impress…”34
    – Mən Yulam. Mane olmadım ki?
    – Yox, bu, sadəcə, musiqidir.
    – Siz lap yorulmuş at kimi nəfəs alırsınız. Özünüzü daha yaxşı hiss edəndə mənə zəng edin.
    – Mən özümü əla hiss edirəm. Sadəcə, indi trenajor zalındayam.
    – Yaxşı. Məndə sizin üçün yaxşı yenilik var. Mən sizin Yohannesburqla bağlı hesabatınızı oxudum. Siz niyə demədiniz ki, o, Zennhaymda olub?
    – Uriya? Bu çox vacibdir? Mən hətta onun adını düz yazdığıma əmin deyildim, Almaniyanın bütün atlasını çevirdim, lakin heç bir Zennhaym tapmadım.
    – Əvvəlcə suala cavab verim: bəli, bu, vacibdir. Əgər sizdə hələ şübhə varsa ki, o, keçmiş legionerdir, şübhənizi bir kənara ata bilərsiniz. Bu, dəqiqdir, yüz faiz. Zennhaym – kiçicik şəhərdir və norveçlilər orada ancaq müharibə zamanı olublar. Onlar orada Şərq cəbhəsinə göndərilməzdən əvvəl təlim keçirdilər. Almaniyanın atlasında onu ona görə tapmamısınız ki, o, Almaniyada deyil, Fransanın Elzas əyalətindədir.
    – Lakin...
    – Tarix ərzində Elzas gah Fransaya, gah da Almaniyaya mənsub olmuşdur, ona görə orada almanca danışırlar. Bu adamın Zennhaymda olması axtarışın dairəsini daraldır. Orada yalnız “Nurlann” və “Norveç” polklarının əsgərləri təhsil alırdılar. Daha yaxşısı da odur ki, mən sizə Zennhaymda olmuş və sözsüz, sizə yardım etmək istəyəcək bir adamın adını verə bilərəm.
    – Hətta belə?
    – “Nurlann” polkunun keçmiş əsgəridir. O, qırx dördüncü ildə könüllü olaraq Müqavimətə keçib.
    – Bax bu əla!
    – O, tənha bir kənddə böyüyüb, onun atası və qardaşları inanclı kvislinqçi idilər, elə onlar onu cəbhəyə könüllü olaraq getməyə məcbur ediblər. O, heç vaxt əsl nasist olmamışdır və qırx üçüncü ildə Leninqrad yaxınlığından qaçmışdır. Tezliklə ruslara əsir düşmüş, bir müddət onların tərəfində döyüşmüş, sonra İsveçdən keçərək Norveçə qayıtmışdır.
    – Siz bəs ona inanırsınızmı?
    Yul güldü:
    – Tamamilə.
    – Bəs burada gülməli nə var?
    – Bu, uzun hekayədir.
    – Mənim vaxtım var.
    – Biz ona öz ailəsindən birini məhv etməyi əmr ­etmişdik.
    Harri pedalı fırlatmağı kəsdi.
    – Biz ona Ullevolseterdən şimalda, Nurmarkda rast gələndə əvvəlcə onun dediklərinə inanmadıq, düşündük ki, göndərilmiş ola bilər, güllələmək istədik. Lakin Oslo polis arxivində bizim öz adamımız vardı və onlar onun başına gələnləri yoxlayıb dedilər ki, həqiqətən də, cəbhədən yox olub və fərarilikdə şübhəli bilinir. Ailəsi haqqında informasiya təsdiqləndi, onun sənədləri vardı, təsdiqləyirdi ki, o həmin adamdır. Lakin bütün bunlar almanlar tərəfindən məxsusi də düzəldilmiş ola bilərdi və biz onu yoxlamağa qərar verdik.
    Pauza.
    – Və? – Harri soruşdu.
    – Biz onu meşədə komada qoyduq, yaxınlıqda nə bizimkilər, nə də almanlar yox idi. Kimsə ona öz faşist qardaşlarından birinin məhvini əmr etməyi təklif etdi. Əsas olan onun buna necə reaksiya verəcəyi idi. Ona bu əmri verəndə bir kəlmə də demədi, sonrakı gün biz onun yanına gələndə o harasa yox olmuşdu. Biz onun qaçdığını zənn etdik, lakin iki gündən sonra o, yenə peyda oldu. Harada olduğu barədə suala cavab verdi ki, Qyüdbransdalda, öz doğma evində olub. Bir neçə gündən sonra oradan xəbər gəldi: bir qardaşını anbarda, ikincisini tövlədə, valideynlərini qonaq otağında ölü tapıblar.
    – Yarəbbim, – Harri dedi. – O ki normal adam deyil.
    – Əlbəttə. Biz hamımız qeyri-normal idik. Bizi belə edən müharibə idi. Bu hadisəni nə onda, nə də sonradan heç xatırlamadıq. Sizdən də xahiş edirəm, siz də...
    – Əlbəttə, mən də etməyəcəyəm. O harada yaşayır?
    – Burada, Osloda. Məncə, Holmenkollen rayonunda.
    – Bəs adı nədir?
    – Föuke. Sindre Föuke.
    – Yaxşı. Mən onunla danışaram. Sağ olun, Yul.
    Ekranda iri planda ağlayan Poppe öz ailəsinə salam göndərirdi. Harri yenə telefonu kəmərə keçirtdi, şalvarı yuxarı dartdı və özünü çəkməyə getdi.
    “…Whatever, that don’t impress me much…”35

    33 Bu mənə təsir etmir! (ing.)
    34 Sən raketçi olsan da, bu mənə təsir etmir... (ing.)
    35 Kim olsan da, bu mənə təsir etmir (ing.).
fb2epub
Drag & drop your files (not more than 5 at once)