bookmate game
Fyodor Dostoyevski

Ölü evdən qeydlər

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
  • ahmedoffelvin99361has quoted8 years ago
    Məqsəd və ümidini itirməklə insan qüssədən müdhiş bir varlığa çevrilir…
  • ahmedoffelvin99361has quoted8 years ago
    Həbsxanalar və məcburi iş, əlbəttə, cinayətkarı düzəltməyəcək; həbsxanalar yalnız cəzalandırır və cəmiyyəti caninin onun rahatlığına qəsd etməsindən xilas edir. Həbsxana və ən güclü katorqa işi isə cinayətkarda yalnız nifrət, qadağa qoyulmuş nəşələrə həvəs və dəhşətli yelbeyinlik yaradır. Amma qəti əminəm ki, məşhur hücrə sistemi yalnız yalançı və zahiri məqsədə nail olur. Bu sistem insanın həyat cövhərini sorub çıxarır, onun ruhunu zəiflədir, onu qorxudur və sonra mənəvi cəhətdən qurumuş, yarıdəli cəsədi islah olunmanın və tövbənin nümunəsi kimi təqdim edir. Əlbəttə, cəmiyyətə qarşı qiyam qaldırmış cinayətkar ona nifrət edir və demək olar ki, daim özünü haqlı, cəmiyyəti isə günahkar sayır. Üstəlik də cinayətkar artıq cəmiyyətdən cəzasını almışdır, bu səbəbdən də az qala özünü təmizə çıxmış, cəmiyyətlə hesablaşmış hesab edir.
  • M.Vəlizadəhas quoted6 years ago
    Zahirən ümumi qayda-qanun hansısa xüsusi, şəxsi ləyaqətdən yaranırdı ki, bu da həbsxananın hər bir sakininə nüfuz edirdi. Katorqaçı, məhkum adı sanki, həqiqətən də, hansısa bir rütbəydi, üstəlik də fəxri bir rütbəydi. Heç bir xəcalət və peşmançılıq əlaməti yox idi!
  • ahmedoffelvin99361has quoted8 years ago
    Tiranlıq da bir vərdişdir; o, tərəqqiyə qadirdir və nəhayət, inkişaf edərək xəstəliyə çevrilir. Mən o fikirdəyəm ki, ən yaxşı insan belə bu cür vərdişdən kobudlaşaraq və kütləşərək vəhşi heyvan səviyyəsinə çata bilər. Qan və hakimiyyət adamda bihuşluq yaradır: kobudlaşma, əxlaqsızlıq inkişaf edir; ən anormal hadisələr əqlə və duyğuya sirayət edir və nəhayət, onlara şirin gəlir. Müstəbidin şəxsində insan və vətəndaş birdəfəlik məhv olur, insan ləyaqətinə, tövbəyə, mənəvi dirilməyə aparan yol artıq onunçün mümkünsüz olur. Üstəlik də, bu cür özbaşınalığın mümkünlüyü cəmiyyətə də sirayət edir: bu cür hakimiyyət şirnikdirici olur. Belə hadisələrə qarşı biganə olan cəmiyyət, artıq özülünə qədər bu xəstəliyə yoluxmuş olur.
  • ahmedoffelvin99361has quoted8 years ago
    zavallı insanlara istədikləri kimi yaşamağa, insan kimi şənlənməyə, həbsxanadakı kimi deyil, başqa cür yaşamağa bircə qırıq imkan verdilər və insan heç olmasa bir neçə dəqiqəliyinə mənəvi cəhətdən dəyişdi…
  • Misir Məmmədlihas quoted9 years ago
    Təkcə bekarçılıqdan məhbusda elə cinayətkar xüsusiyyətlər inkişaf edərdi ki, onlar onun əvvəllər heç təsəvvürünə belə gəlməzdi. Normal insan zəhmətsiz və qanunsuz yaşaya bilmir, pozğunlaşır, vəhşi heyvana çevrilir. Ona görə də həbsxanada təbii tələbin və hansısa özünüqoruma instinktinin nəticəsində hər bir kəsin öz sənəti və məşğuliyyəti vardı
  • b8468989854has quoted5 years ago
    İnsan hər şeyə alışmağı bacaran bir məxluqdur və düşünürəm ki, bu, onun ən yaxşı tərifidir
  • M.Vəlizadəhas quoted6 years ago
    Bütün Rusiya boyu xalq cinayəti bədbəxtçilik, cinayətkarı isə bədbəxt adlandırır. Bu, son dərəcə gözəl təyinetmədir.
  • M.Vəlizadəhas quoted6 years ago
    Lakin həlledilməz məsələlərlə məşğul olmağın nə mənası var!
  • M.Vəlizadəhas quoted6 years ago
    – Səni türk qılıncı kəssin!..
    Və söyüş başlandı.
fb2epub
Drag & drop your files (not more than 5 at once)