Dörd fəsildə tərk eyləməz Yağış, külək, bulud məni. Sən, ey ruhum, sən bircə yol Mənim kədər qardaşım ol.
Xuraman Memmedovahas quoted5 years ago
Nə vaxt qurtaracam “mən”, “sən” deməkdən,
Sən “mən” olmasan da, mən “sən”əm elə.
Xuraman Memmedovahas quoted5 years ago
Mən içdiyim andlardan yuxarıdayam,
sən məndən. Ona görə də mənim andlarıma inanma!
Xuraman Memmedovahas quoted5 years ago
Ey ruhum! Göy üzü tək
elə yalnız, tənhasan,
Səndə qərib göylərin
tilsimi, sirri yatır.
Duymusanmı Tanrıdan
bilirsənmi görən sən?
Xuraman Memmedovahas quoted6 years ago
QAÇMAQ İSTƏDİYİM HİSS
Bu da gözlədiyim, qorxduğum cəza
Özüm öz içimdə batdım günaha:
– Məni mən eyləyən heyrətim öldü,
Hər şeyə, hər şeyə alışdım daha
Xuraman Memmedovahas quoted6 years ago
Qorxuram ruhuma qoşulub gedəm.
Ruhengizhas quoted6 years ago
Sevgi ölüm kimidi – Ancaq ilk bahar kimi gəlir həmişə Əvvəl təpədən-dırnağa çiçəkləyirsən, Xəzəl kimi tökülürsən sonradan. Tənha bir ağaca çevrilirsən ağacların içində;