Ayfər Tuncun bu romanı müasir dövrümüz haqqındadır. Romanda hadisələr gözəlliyini zəhərli sərmayə kimi istifadə edən gənc xanımın həyatdan intiqam almaq üçün soyunmağıyla başlayır. “Yaşıl pəri gecəsi”. Modern cəmiyyətin ikiüzlülüyünə, adət-ənənələrin, vərdişlərin vəhşiliyinə qarşı mübarizə aparan, hər şeydən xəbəri olan, buna görə də əzab çəkən bir qadının, anasıyla yola gedə bilməyən qızın hekayəsini oxumaqdan doymayacaqsınız. Bu əsəriylə ölkənin elit təbəqəsinin, orta sinfin can verən insanlarının üzləşdiyi qorxulu karnavaldan danışan müəllif cəmiyyətin və fərdin ruhunu bütün xırdalıqlarıyla qələmə almaqla, güclü təsvirləriylə Türkiyənin çürüyən tərəfinə ayna tutur.