Deyildiyi kimi, Don Kixot şad, xoşbəxt və məğrurcasına yol gedirdi. Ona elə gəlirdi ki, qazandığı qələbə onu öz dövrünün ən cəsur cəngavəri rütbəsinə çatdırmışdır; o belə hesab edirdi ki, gələcəkdə onu gözləyə bilən bütün macəralar artıq qalibiyyətlə sona yetmişdir