Bəli, bəli, öz atalarını, lap doğma atalarını, ümumiyyətlə, deyildiyinə görə, çox yaxşı bir atanı rədd etmişlər. O, hər birinə beş-altı yüz min nişan pulu vermiş, özünə isə ildə səkkiz min, on min livr mədaxil saxlamışdır. O, elə zənn edirmiş ki, qızları doğrudan da qızlıq borcunu unutmayacaqlar, o, qızlarının evində özü üçün iki həyat, iki ev yaradacaq, hər zaman məhəbbətlə və nəvazişlə qarşılanacaqdır. Bunun əvəzində isə kürəkənləri iki ildən sonra onu ən alçaq bir adam kimi cəmiyyətdən qovdular.