bookmate game

Motivasiya və biznes

Bookmate
8Books111Followers
Motivasiya və biznes ədəbiyyatının seçmələri. Həm müasir müəlliflər, həm ortaəsrli motivasiya!
    Bookmateadded a book to the bookshelfMotivasiya və biznes2 years ago
    Dünya obyektiv reallıq kimi mövcud deyildir. O bizim ona bəslədiyimiz münasibətdən asılı olaraq gözəl və ya eybəcər ola bilir. Kitabın müəllifləri həyatda çox böyük çətinliklərlə üzləşiblər, lakin onlar nikbinlik və ruh yüksəkliklərini saxlayıblar, uzun və xoşbəxt ömür sürüblər.
    Real həyatda optimist insan istənilən vəziyyətdə yaxşı nəsə axtarır. İşdə və dostlarınızla münasibətdə pozitiv əhval-ruhiyyədə olmağınız, eyni zamanda nikahınızı möhkəmləndirə və öz doğma uşaqlarınızın arasında nüfuzunuzu qaldıra bilər. Tom Rat və Don Kliftonun kitabında istənilən həyat şəraitində pozitiv emosiyalar yaşamağınıza kömək edən beş strategiyadan bəhs edilir. Emosiyaların sizin həyatınıza və sağlamlığımıza nə dərəcədə ciddi təsir etməsini bilmək istəyirsinizsə, bu kitabı oxuyun. Çoxsaylı tədqiqatlar göstərir ki, pozitiv köklənmiş insanlar daha uzun ömür sürürlər. Bu kitab da sizə həyata pozitiv münasibət bəsləməyə kömək edəcək.
    Kitab geniş auditoriya üçün nəzərdə tutulub.
    Bookmateadded a book to the bookshelfMotivasiya və biznes2 years ago
    Bizim zamanda şirkət yalnız o vaxt gəlirlə işləyəcək ki, onda əməkdaşlıq ruhu hökm sürsün, rəhbər vəzifələri dəqiq müəyyənləşdirsin, hər bir əməkdaş isə öz iş yerində şirkətin uğurunun qeydinə qalsın. Ona görə də rəhbərlərin öz ətraflarına istedadlı əməkdaşları toplaması həmişə çox mühümdür. C.C.Foksun kitabı bu çətin vəzifəni yerinə yetirmək üçün sınanmış və qeyri-standart tövsiyələrdən ibarətdir. Tövsiyələr müəllifin və bir sıra Amerika şirkətlərinin aparıcı top-menecerlərinin real təcrübələrinə əsaslanmışdır və yüksək səviyyədə praktiki əhəmiyyət kəsb edirlər. Kitab həm hazırda fəaliyyət göstərən rəhbərlər, həm də vəzifə tutmağa çalışanlar və gələcəkdə böyük rəhbər olmaq istəyənlər üçün nəzərdə tutulmuşdur.
    Bookmateadded a book to the bookshelfMotivasiya və biznes2 years ago
    Həmişə qəzəbli olduğumuz anlarda “xırda şeylər”i beynimizdə canlandırıb, həqiqətən də “böyük məsələ” həddinə çatdırırıq. Guya haqlı çıxmağımız xoşbəxtliyimizdən daha əhəmiyyətlidir. Lakin heç də belə deyil. Əgər daha sakit həyat keçirmək istəyirsinizsə, haqlı sayılmağın özünüzü xoşbəxt etməkdən daha vacib olmadığını başa düşməlisiniz. Xoşbəxtliyə gedən yol, mühakimələri bir kənara atıb, sevgi əlini uzatmaqdan keçir. Qoyun başqaları haqlı çıxsın. Bu sizin haqsız olduğunuz mənasına gəlmir. Hər şey yoluna düşəcəkdir. Siz işin ucunu buraxmaqla rahatlıq və haqlı olmaq növbəsini başqalarına ötürməklə sevinc hissi yaşayacaqsınız. Əlinizi uzadıb haqlılığı başqalarına verdikdə onlar da sizə qarşı daha az mühafizəkar davranıb, mehriban olacaqlar. Çox vaxt onlar da sizə əl uzadacaqlar. Amma əgər bu ehtimal özünü təsdiqləməsə də, qətiyyən ürəyinizə salmayın. Daha çox sevgi dolu bir dünya yaratmaq üçün öhdənizə düşəni etməklə qazandığınız daxili sakitlik sizə bəs edər.
    Bookmateadded a book to the bookshelfMotivasiya və biznes2 years ago
    Valideynlərinin öldürülməsindən sonra mənəvi sarsıntı keçirən Bleyk Devis heç bir işdə uğur qazana bilmir. Bir müddət orduya yazılan Bleyk İraqa müharibəyə yollanır. Müharibə onun psixologiyasına daha çox təsir edir və o, müharibədən qayıtdıqdan sonra sivil həyata uyğunlaşa bilmir. Kitab mağazasında satıcı işləməyə başlasa da, Bleyk Devis hələ də şəxsi həyatından narazı və iş həyatında uğursuzdur. Onun həyatı bir bazarertəsi səhəri Bleykin işlədiyi mağazaya həmin mağazanın başqa bir filialından gələn digər işçi-Tomi Flinlə tanışlıqdan sonra müsbət mənada dəyişir. Bleykin atasının köhnə dostu olan Tommi işində bir çox uğurlara imza atmış, hörmət edilən bir şəxsdir. Bu qəribə şəxs Bleykin həyatını dəyişdirmək fikrindədir və o, Bleyki titulsuz liderlik etmə fəlsəfəsi ilə böyük uğurlar qazanmış 4 müəllimlə tanış edir. Bu adamlarla tanışlıq Bleykin həm iş, həm də şəxsi həyatını kökündən dəyişir.
    Bookmateadded a book to the bookshelfMotivasiya və biznes2 years ago
    Bu kitab dünya bestselleridir, şəxsiyyətin inkişafı möv­zusunda misilsiz bir əsərdir. O, dünyada milyonlarla insana, o cümlədən Amerikanın sabiq prezidenti Bill Klintona, məşhur Lar­ri Kinqə və Stiven Forbsa böyük təsir etmişdir. “Fortune ­— 500” reytinqinə daxil olan böyük dünya korporasiyalarının bir çoxu “Yeddi vərdiş”də izah olunan effektivlik fəlsəfəsi ilə tanış olmağı öz əməkdaşlarının vəzifə borcu hesab edirlər.
    Kitab nə haqqındadır? O, hər şeydən əvvəl, həyat məqsədlərini, insan üstünlüklərini müəyyən etməkdə sistemli yanaşmanı izah və təqdir edir. Bu məqsədlər hər kəsdə müxtəlifdir və bu kitab özünü dərk etməkdə və həyat məqsədlərini dəqiq müəyyənləşdirməkdə yaxşı köməkçidir. İkincisi, bu məqsədlərə çatmağın yollarını da göstərir. Üçüncüsü, “Özünü necə təkmilləşdirmək olar?” sualına cavab verir. Burada imicin dəyişdirilməsindən söhbət getmir, mahiyyətcə özünü təkmilləşdirməkdən, daimi kamilləşməkdən bəhs olunur. Bu problemin sadə həll yolu yoxdur, burada möcüzə gözləmək olmaz. Hər cür pozitiv dəyişikliklər vaxt tələb edir, fəaliyyət və inadkarlıq istəyir.
    Bu kitab təbiətin onlara verdiyi potensialı maksimum reallaşdırmağa can atan insanlar üçün əsl yol xəritəsidir.
    Bookmateadded a book to the bookshelfMotivasiya və biznes3 years ago
    Yəqin ki, dünyada ən əhəmiyyətli və nüfuzlu kitab uğura, zənginliyə, maneələri aşa bilən həyat enerjisinə və məqsədyönlülüyə yönləndirən dərslik sayılır. “Düşün və varlan” kitabı 70 il ərzində zənginliyin yaradılması üzrə klassik dərslik sayılır. Napoleon Hill hər fəsildə pulun əldə edilməsinin sirlərini açır və bu sirlərdən istifadə edən minlərlə insan nəinki zənginlik əldə edir, üstəlik dayanmadan onu artırır və eyni zamanda öz şəxsi potensiallarını inkişaf etdirir, zənginləşdirir.
  • unavailable
  • Bookmateadded a book to the bookshelfMotivasiya və biznes3 years ago
    Bir Dəqiqə İdarəçisinin simvolu — bir dəqiqəni istə­nilən saatın üzündən oxumaq mümkündür. Kitab hər birimizə günümüzdən bir dəqiqə ayıraraq, idarə­çiliyimiz altında olan insanların üzünə baxmağı töv­siyə edir. Onların sizin üçün ən böyük sərmayə olduğunu dərk etməyinizi istəyir.
    Bookmateadded a book to the bookshelfMotivasiya və biznes3 years ago
    Belə bir fikir mövcuddur ki, ibtidai insanların beyni yalnız iki funksiyanı yerinə yetirmək üçün hesablanmışdı: ov etmək və yığıcılıqla məşğul olmaq. Lakin təəssüflər olsun ki, bəşər tarixində çox böyük dəyişikliklər baş verdiyi üçün indi bizim bu rəngarəng dünyada pula, karyeraya can atma, ailə və sosial münasibətlər dəyişmişdir. Ona görə də biz təhtəlşüurumuzda hazırlanmamış, qayğılar içində sahmana salınmamış “mental tələyə” düşürük. Rolf Dobelli bir neçə il məntiqi yanlışlıqları təhlil edərək, özünü bu məsələlərin öyrənilməsinə həsr edir. Məlum olur ki, biz bunları hiss etmədən, qismən anlamadan bu sıxacın məngənəsinə düşürük. Bu kitab sizə özünüzə və ətrafa baxmağa kömək edəcək, başqa cür desək, sizin bu vaxta qədər bilmədiyiniz reallıqların qapısını açacaq. Əgər siz bunu bu gün qaydaya sala bilərsinizsə, nəyə görə gələcək həyatınızı puç etməlisiniz?!
fb2epub
Drag & drop your files (not more than 5 at once)